Allahverən Babayev

Dram artisti


Allahverən Hacı oğlu Babayev 20 yanvar 1961-ci ildə Lerik rayonunun Monidigah kəndində ana­dan olub. 1978-ci ildə kənd orta məktəbini bitirib. 1980 - 1982-ci illərdə ordu sıralarında xidmət edib. 1982 - 1983-cü illərdə Biləsuvar rayonunun Əsgərəbad kənd kitabxanasının müdiri işləyib. 1983 - 1987-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Incəsənət Institutunun Dram və kino ak- tyorluğu fakultəsində təhsil alıb. Təyinatla Lənkəran Dövlət Dram Teatrına göndərilib.

Azərbaycan klassiklərinin əsərlərində oynadığı rollar: Xəlil yüzbaşı, Xan (“Hacı Qara” və “Lənkəran xanın vəziri”, Mirzə Fətəli Axundzadə), Hampa və İkinci dost, Məşədi Ra­mazan, Abbas bəy, Əmrah (“Xortdanın cəhənnəm məktub­ları”, “Millət dostları”, “Ağa Məhəmməd şah Qacar” və “Pəri cadu”, Əbdürrəhim bəy Haqverdiyev), İmran (“Tamahkar”, Süleyman Sani Axundov), Məşədi Öruc və Kərbəlayı Cəfər, Əsəd və Qazı (“Danabaş kəndinin əhvalatları” və “Danabaş kəndinin məktəbi”, Cəlil Məmmədquluzadə), Qəzənfər xan (“Qoç Polad”, Abdulla Şaiq), Heydər xan (“Nadir şah”, Nəri­man Nərimanov), Şeyda (“Toy”, Sabit Rəhman).

Çağdaş milli dramaturqlarımızın müxtəlif janrlı əsərlə­rində oynadığı səhnə obrazları: Şorot (“Qanqın böyük dal­ğası”, Cahan Əfruz), Qoçaq (“Molla Nəsrəddin və Əzrail”, Şahrobi Əliyev), Alp Ərqoca (“Alp Ağuz”, Fikrət Sadıq), Ca­van oğlan (“Büst”, Seyran Səxavət), Murad (“Dağlar arxasız olmur”, Camal Yusifzadə), Cavanşir (“Önun iki qabırğası”, Əli Əmirli), Sadıqov, Dədə Qorqud (“Qəhrəmanlıq xroni- kası” və “Məhəbbət və ölüm”, Baba Rzayev), Talıb (“Sehrli üzük”, Zakir Bağır), İkinci dərviş (“Min illərin işığı”, Kamil Abdullayev), Gözətçi (“Füzuli”, Ağamir Cavad), Kiçik oğ­lan (“Ölüm hökmü”, Əli Səmədli), Soran (“Cavanşir”, Mehdi Hüseyn), Kapitan (“Şeytan işığı”, Kamran Nəzirli), Əsgərov (“Kərgədan buynuzu”, Maqsud İbrahimbəyov), Ötar (“Qəribə oğlan”, İlyas Əfəndiyev), Ücal (“Ailədə məhkəmə”, Marat Haqverdiyev), Cavanşir bəy (“Pənah xan Cavanşir”, Hüseyn­bala Mirələmov), Nəsrəddin (“Nəsrəddin”, Yusif Əzimzadə), Elnur (“Mənim ağ göyərçinim”, Tamara Vəliyeva), Qoşqar (“Ana laylası”, İsgəndər Coşqun), Ənvər (“Məni qınamayın”, Hidayət), Baba (“Dəcəl keçi”, Pərvin Nurəliyeva), Sahə mü­vəkkili (“Ay lolo və ya moskvalı gəlin”, Hafiz Mirzə), Kahin (“Əsrlərin harayı”, Əli Vəlioğlu), Ayı (“Meşəbəyinin dostları”, Əjdər Öl), Hökmdar Rac (“Yetim Rac”, Öruc Qurbanov), Bəkil (“Casus”, Kamal Abdulla), Bağban (“Gəl baharım, gəl yazım”, Anar Babalı), Tatar Temir (“Mamaoy kişinin yuxuları”, Vaqif Səmədoğlu), Şirəhməd (“Prokuror”, Məmmədhüseyn Əli­yev), 6-cı adam (“İki iyirmi üç arasında”, Qəşəm Nəcəfza­də), Şaxta baba (“Balaca qara qız” və “Qar dənələri”, Tərlan Abdullayev), Div (“Xoşbəxtlik quşu”, Ələkbər Hüseynov), Rafiq (“Şəhid bayrağı”, Qafar Cəfərli), Kamran (“Günah”, 228 11^

Rəhman Əlizadə).

Əcnəbi müəlliflərin dramlarında çıxış etdiyi bədii per­sonajlar: Öliserin (“Yudif”, Anton Tom Isaari), Meyxanıçı (“Karıxmış sultan”, Taufiq əl Hakimi), Kor kişi (“Manyak”, Əziz Nesin), Terezi (“Şah Edip” Sofokl) Ikinci anadangəlmə kor (“Korlar”, Moris Meterlink), Bədheybət (“Çəkməli pişik və ya Şahzadə Pyer”, Şarl Perro), Gənc (“Piyada Mahmud”, Mustay Kərim), Axlor (“Yudif”, Anton Tamsaaren), Jandar­ma (“Nazirin xanımı”, Branislav Nuşiç), Ömər (“Kərbəla”, Bəkir Yıldız), Paşa (“Kələkbaz”-“Firildaqçı”, Lev Korsinski), Edilbay (“Manqurt”, Çingiz Aytmatov), Qasım (“Əlibaba və qırx quldur”, ərəb xakq nağılı əsasında işləyən Loğman Kə­rimov), Şaxta baba (“Sehrli yaylıq”, Valeri Qubaryev), Vəkil (“Yaşanmayan gənclik” Savaş Dinçel).

Allahverən Babayev “Sevginin göz yaşları” (Bağır), “Günəşim ol” (Bəşir) teleseriallarına çəkilib.