Aysel Babazadə

Dram artisti


Aysel Rahim qızı Babazadə 15 mart 1991-ci ildə Lənkəran şəhərində anadan olub. 2009-cu ildə 2 saylı şəhər tam orta məktəbini bitirib. Elə həmin il Lənkə­ran Dövlət Dram Teatrında rejissor assistenti vəzifəsinə işə götürülüb. 2012-ci ildən aktyorluq fəaliyyətinə başlayıb. Bir müddət Cahangirova soyadı ilə çıxış edib.

Aktrisanın milli dramaturqların pyeslərinin tamaşala­rında ifa etdiyi rollar: Böcək (“Köhnə ev”, Əli Əmirli), Sona (“Hacı Qara”, Mirzə Fətəli Axundzadə), - Gülyaz, Meymun (“Qoç Polad” və “Qaraca qız”, Abdulla Şaiq. Sülüyman Sani Axundovun eyniadlı əsəri əsasında), Gövhərtac (“Xortdanın cəhənnəm məktubları”, Əbdürrəhman bəy Haqverdiyev), Göyərçin (Tənbəl Əhməd”, Ağacəfər Fətullayev), Ikinci mələk (“Mamoy kişinin yuxuları”, Vaqif Səmədoğlu), Nəvə (“Dəcəl keçi”, Pərvin Nurəliyeva), Huri (“Şaxta baba və pərilər” , Emil Əsgərov), Qaraca qız (“Qaraca qız və xallı ifritə”, Tərlan Abdullayev), Küpəgirən qarı (“Yeni il möcüzəsi”, Ağaddin Babayev), Ahu balası (“Yetim Rac”, Öruc Qurbanov), Ana dovşanın balası (“Tülkü, tülkü, tümbəki”, Xanım Həsənova), Balaca qara qız, Gülyaz, Tıq-tıq xanım (“Balaca qara qız”, 

“Tilsimlənmiş qız” və “Qar dənələri”, Tərlan Abdullayev), Arı - 3 (“Arı pətəyi”, Şəfahət Şəfi), 19-cu adam (“Iki iyirmi üç arasında”, Qəşəm Nəcəfzadə), Zübeydə (“Sehrli alma”, Əli Əmirli), Balıq və Göyçək Fatma, Aysel (“Nuru babanın sərgüzəştləri” və “Qapıda öpüş”, Intiqam Hacılı), Gümüş (“Tilsimli sandıq”, Laləzar Hüseynova).

Tərcümə əsərlərində ifa etdiyi obrazlar: Fəhlə (“Ruhlar”, Eduardo de Filippo), Balaca quldur qız (“Qar kraliçası”, Hans Kristian Andersen), Mim (“Iblisin oyunları”, Mikloş Xubai), Cəllad (“Şah və əks-səda”, Hüseyn və Həmdiyyə Latipovlar), Siçan (”Gücümüz birlikdədir”, rus nağıl-tamaşası), Idmançı (“Ölməz Kaşşey”, rus nağıl-tamaşası), Dua edən üçüncü kor qadın (“Korlar”, Moris Meterlink), Cəmilə (“Cəmilə”, Çingiz Aytmatov), Leman və Şahzadə Qızılgül (“Çəkməli pişik və ya Şahzadə Pyer”, Şarl Perro).