Əbülfəz Axundov

Dram artisti


Əbulfəz Dadaş oğlu Axundov 7 sentyabr 1972-ci ildə Lənkəran rayonun Şağlaküçə kəndində anadan olub və orta məktəbi orada bitirib. 1989 - 1994-cü illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Incəsənət Institutun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb. 1996-cı ildən Lənkəran Dövlət Dram Teatrında aktyor işləyir. Aktyorun Azərbaycan klassiklərinin əsərlərində oynadı­ğı rollar: Sərkis və Mkrtıç, Vəzir Mirzə Həbib (“Hacı Qara” və “Lənkəran xanının vəziri”, Mirzə Fətəli Axundzadə), Axund, Qazı və Molla (“Danabaş kəndinin əhvalatları”, Cəlil Məmmə­dquluzadə), Vəli bəy, Səfərəli, Çingiz (“Millət dostları”, “Ağa Məhəmməd şah Qacar” və “Bəxtsiz cavan”, Əbdürrəhim bəy Haqverdiyev), Izzət (“Ana”, Hüseyn Cavid), Axund (“Vəfalı Səriyyə”, Cəfər Cabbarlı), Solmaz (“Qaraca qız”, Abdulla Şaiq. Süleyman Sani Axundovun eyniadlı əsəri əsasında), Molla Səfi (“Milyonçu dilənçi”, Nəcəf bəy Vəzirov), Məhəmməd xan (“Nadir şah”, Nəriman Nərimanov).

Çağdaş milli dramaturqlarımızın müxtəlif janrlı əsərlə­rində oynadığı səhnə obrazları: Qarakişi (“Gəl qohum olaq”, Isi Məlikzadə), Xalq hakimi (“Qalxın, məhkəmə gəlir!”, Eldar Isgəndərzadə), Qoca Duxa, Teymur (“Məhəbbət və ölüm” və “Qəhrəmanlıq xronikası”, Baba Rzayev), Məlik Məlikzadə (“Eh, qadınlar, qadınlar!”, Marat Haqverdiyev), Nuran (“Il- ğım”, Firuz Mustafa), Bədxəbər, Professor (“Varlı qadın” və “Önun iki qabırğası”, Əli Əmirli), Notarius (“Mamoy kişinin yuxuları”, Vaqif Səmədoğlu), Fatmanın atası (“Göyçək Fat­ma”, Ağacəfər Fətullayev), Qulam (“Şeytan işığı”, Kamran Nəzirli), Qonaq (“Cəhənnəm sakinləri”, Elçin), Artemiba- res (“Əsrlərin harayı”, Əli Vəlioğlu), Xeyrət (“Zəncirlənmiş toy-büsat”, Əli Səmədli), Üsub (“Pənah xan Cavanşir”, Hüsey­nbala Mirələmov), Qoca (“Dəcəl keçi”, Pərvin Nurəliyeva), Nəsrəddin (“Nəsrəddin”, Yusif Əzimzadə), Ibrahim (“In- san və şeytan”, Azər Abdullayev), Hilal (“Durna”, Süleyman Rüstəm), Şahin (“Məni qınamayın”, Hidayət), Məsləhətçi (“Yetim Rac”, Öruc Qurbanov), Gombul gözətçi (“Balaca qara qız”, Tərlan Abdullayev), Padşah (“Comərdin hünəri”, Ağad- din Babayev), Aruz Qoca (“Casus”, Kamal Abdulla).

Əcnəbi müəlliflərin dramlarında çıxış etdiyi bədii per­sonajlar: Əbdürrəhman (“Öcaq”, Turqut Özakman), Manilov (“Ölü canlar”, Milxail Bulqakov. Nikolay Qoqolun eyniadlı əsəri əsasında), Paskuala Loyakone (“Ruhlar”, Eduardo de Filippo), Rista Podoroviç (“Nazirin xanımı”, Branislav Nuşiç), Krisipp (“Herostratı unudun”, Qriqori Qorin), Birinci ana­dangəlmə kor (“Korlar”, Moris Meterlink), Ağsaqqal (“Şah Edip”, Sofokl), Bask (“Mizantrop”, Jan Batist Molyer), Mən­sur (“Xəlifə Leylək”, Vilhelm Qauf), Nazir (“Şahzadə xanım və bacatəmizləyən”, Leonid Juxovitski), Kişi (“Bu da axırı”, Piter Turini), Qrozmət ata (“Cəmilə”, Çingiz Aytmatov), Əb- dülrəhman (“Kərbəla”, Bəkir Yıldız), Aktyor (“Bu da axırı”, Piter Turini), Dimetos (“Dimetos”, Atol Fuqard).

Əbülfəz Axundov 10 mart 2016-cı ildə Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub.