Emil Əskərov

Quruluşçu rejissor


18 sentyabr 1993-cü ildə Lənkəran rayonunun Göyşa- ban kəndində anadan olub. 2017-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və Incəsənət Üniversitetinin rejissorluq fakültə­sini bitirib. Əvvəl Lənkəran Dövlət Dram Teatrında 2019 - 2023-cü illərdə Milli Dram Teatrında işləyib. Kiçik səhnədə Evripidin “Medeya” faciəsinə quruluş verib. “Yaşar” (Cəfər Cabbarlı), “Zəfər yolu” (Azər Paşa Nemətov) tamaşalarında ikinci rejissor olub. 2023-cü ildən yenə Lənkaran teatrının rejissorudur.

Quruluş verdiyi tamaşalar: “Şaxta baba və pərilər” (Emil Əsgərov. 17.12.2017) “Korlar” (Moris Meterlink. 28.3.2018), “Meşəbəyinin dostları” (Əjdər Öl. 14.10.2018), “Sehirbazlar dərəsi” (Emil Əsgərov. 12.10.2019), “Arı pətəyi” (Şəfahət Şəfi. 5.11.2023), “Iki iyirmi üç arasında” (Qəşəm Nəcəfzadə. 3.12.2023), “Şəhid bayrağı” (Qafar Cəfərli. 6.11.2024).

Emil Əsgərov dəvətlə Milli Gənc Tamaşaçılar Teatrında “Aciz” (Fyodor Dostoyevski) tamaşasını hazırlayıb.