Emil Rzayev

Dram artisti


Emil Tağı oğlu Rzayev 3 aprel 1985-ci ildə Lənkəran­da anadan olub. 2020-ci ildə 7 saylı şəhər tam orta məktəbini bitirib. Bacarıq və qbiliyyəti nəzərə alınaraq elə həmin il Lənkəran Dövlət Dram Teatrında yardımçı aktyor heyətinə götürülüb. Az sonra aktyor ştatına daxil edilib.

Milli dramaturqların pyeslərinin tamaşalarında ifa et­diyi rollar: Qoç Polad (“Qoç Polad”, Aqbdulla Şaiq), Səlim (“Ana”, Hüseyn Cavid), Təlxək (“Nəsrəddin”, Yusuf Əzim­zadə), Məlik Məmməd, Qara, Müəllif, Sahib (“Sehrli alma”, “Önun iki qabırğası”, “Varlı qadın” və “Köhnə ev”, Əli Əmirli), Asif (“Ücalıq”, Xədicə Murad), Şərbənd (Zəncirlənmiş toy-bü­sat”, Əli Səmədli), Yol polisi (“Kərgədan buynuzu”, Maqsid Ibrahimbəyov), Məstan (“Dəcəl keçi”, Pərvin Nurəliyeva), Ayı və Div (“Tülkü, tülkü, tümbəki”, Xanım Həsənova), Comərd (“Comərdin hünəri”, Ağaddin Babayev), Beyrək (“Casus”, Kamal Abdulla), Almazov (“Prokuror”, Məmmədhüseyn Əli­yev), 4-cü adam (“Iki iyirmi üç arasında”, Qəşəm Nəcəfzadə),

Cırtdan (“Qar dənələri”, Tərlan Abdullayev).

Tərcümə əsərlərində ifa etdiyi obrazlar: Kay və Erkək qarğa (“Qar kraliçası”, Hans Kristian Andersen), Paşa (“NaNa­zirin xanımı”, Branislac Nuşiç), Dima Koreşkov (“Fırıldaqçı”, Lev Korsinski), Ikinci dilənçi (“Xəlifə leylək”, Vilhelm Qauf), Daniyar (“Cəmilə”, Çingiz Aytmatov), Div (“Ilan sultan”, Bəh­ram Beyzayi), Danilo (“Dimetos”, Atol Fuqard).

Emil Rzayev “Günəşim ol” (Natiq), “Laləli saray (Azad), “Ö gecə” (Asif), “Qan qohumları” (Qorxmaz) teleseriallarına çəkilib.