Gülər Kərimova
Dram artisti
Gülər Rövşən qızı Kərimova 7 sentyabr 1988-ci ildə Lənkəran şəhərində anadan olub. 2005-ci ildə şəhərdəki 7 saylı orta məktəbi bitirib. Həmin il Lənkəran Dövlət Humanitar Kollecində təhsil alıb (2005 - 2008). 2009-cu ildə Lənkəran Dövlət Dram Teatrının aktyor truppasına qəbul olunub.
Aktrisanın milli dramaturqların pyeslərinin tamaşalarında ifa etdiyi rollar: Leyla xanım (“Ağa Kərim xan Ərdəbili”, Nəcəf bəy Vəzirov), Məryəm xanım (“Xor-xor”, Sultanmə- cid Qənizadə), Qız (“Danışan kukla”, Abdulla Şaiq), Kəmalə (“Qəribə oğlan”, Ilyas Əfəndiyev), Toma (“Ağ kəlağayı”, Rafiq Rəhimli), Göyçək Fatma (“Göyçək Fatma”, Ağacəfər Fətullayev), Göyçək Fatimə (“Cırtdanın sərgüzəştləri”, Zakir Bağır), Birinci qız (“Tənbəl Əhməd”, Ağacəfər Fətullayev), Nüşabə (“Əcnəbi kürəkən”, Maarif Məmmədov), Pioner (“Cəhənnəm sakinləri”, Elçin), Qız (“Üç qardaş”, Ağaddin Babayev), Ana dovşanın balası və Beştelli durna (“Tülkü, tülkü, tümbəki”, Xanım Həsənova), Zübeydə, Cana (“Sehrli alma” və “Köhnə ev”, Əli Əmirli), 12-ci adam (“Iki iyirmi üç arasında”, Qəşəm Nəcəfzadə), Qış (“Gəl baharım, gəl yazım”, Anar Babalı), Gülər (“Qapıda öpüş”, Intiqam Hacılı), Kralın qızı, Zəvzək siçan, Qarı nənə (“Yalançı şahzadə”, “Tilsimlənmiş qız” və “Qar dənələri”, Tərlan Abdullayev), Buz kraliçası (“Tilsimli sandıq”, Laləzar Hüseynova).
Gülər Kərimovanın tərcümə əsərlərində çıxış edtdiyi səhnə obrazları: Lakusta və Ruh (“Iblisin oyunları”, Mikloş Xubai), Qırmızıpapaq (“Qırmızıpapaq”, Şarl Perro), Gül- dər (“Şah və əks-səda”, Hüseyn və Həmdiyyə Latipovlar), Klementina (“Herostratı unudun”, Qriqori Qorin), Nənə (“Gücümüz birliyimizdədir”, rus nağıl-tamaşası), Öksana (“Şeytan işığı”, Kamran Nəzirli), Bonka (“Dörd əkiz”, Panço Pançev), Elianta (“Mizantrop”, Jan Batist Molyer), Ikinci Cemma (“Övod”, Etel Voyniç), Mariya (“Ölməz Kaşşey”, rus nağıl-tamaşası), Karmela (“Ruhlar”, Eduardo de Filippo), Cabelsa səfiri (“Ilan sultan” Bəhram Beyzayi), Cəmilə (“Cəmilə”, Çingiz Aytmatov).
