Laləzar Hüseynova

Direktor


Rejissor və aktrisa Laləzər Ramil qızı Hüseynova 1964- cü il noyabr ayının 3-də Neftçala rayonunun Xolqaraqaşlı kəndində anadan olub. 1982-ci ildə kənd orta məktəbini bitirb. Bakı Pedoqoji Kollecində (1988 - 1992) təhsil alıb. Iki il Salyan rayonunun Çuxanlı kındində ibtidai sinif müəllimi işləyib. 1995 - 2014-cü illərdə Dərbənd Azərbaycan Dövlət Dram Teatrında Azərbaycan dili müəllimi, aktrisa, quruluş­çu rejissor və baş rejissor vəzifələrində fəaliyyət göstərib. Dərbəndə şəhər Musiqi Məktəbində aktyorluq ixtisasına yiyələnib (2001 - 2005), Bakı şəhəri Mədəni Maarif Texni­kumu Bədii yaradıcılıq kollektivinin rəhbəri fakültəsində (2005 - 2008), Azərbaycan Mədəniyyət və Incəsənət Üni- versitetində Musiqi teatr rejissoru ixtisası üzrə qiyabi təhsil alıb (2009 - 2014). Hər ikisini fərqlənmə diplomu ilə bitirib.

2015 - 2020-ci illərdə Qusar Dövlət Ləzgi Dram Teatrın­da baş rejissor, 2020 - 2024-cü illərdə Salyan Dövlət Kukla Teatrında direktor vəzifəsində çalışıb. 2008-ci ildə Rusiya Federasiyası Teatrlar İttifaqının üzvü seçilib. 2016-cı ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür. 2008-ci il fevral ayının 27-də Dağıstan Respublikasının Əməkdar artisti, 25 iyun 2013-cü ildə Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adlarına layiq görülüb.

Dərbənd teatrında ifa etdiyi rollar: Hafizə (“Pəri cadu”, Əbdürrəhim bəy Haqverdiyev),

Telli (“Arşın mal alan”, Üzeyir bəy Hacıbəyli), Qaynana (“Mənim qaynanam, Georgi Xuqayev), Nisə, Səidə (“Bankir adaxlı” və “Mənim ağ göyərçinim”, Tamara Vəliyeva), Sara, Böyükxanım (“Solğun çiçəklər” və “Aydın” (Cəfər Cabbar­lı), Patimat (“Kimdir müqəssir”, Firuz Həsənov), Xanuma (“Xanuma, Avqsenti Saqarelli).

Dərbənd teatrında quruluş verdiyi tamaşalar: “Pəri cadu” (Əbdürrəhim bəy Haqverdiyev), “Ö olmasın, bu olsun” (Üzeyir bəy Hacıbəyli), “Aydın” və “Solğun çiçəklər” (Cəfər Cabbarlı), “Ulduz” (Sabit Rəhman), “Hərənin öz ulduzu” (İsi Məlikzadə), “Dovşanın ad günü” (Xanımana Əlibəyli), “Bankir adaxlı” (Tamara Vəliyeva), “Sönmüş talelər” (Rafiq Rəhimli), “Xoşbəxtlik quşu” (Ələkbər Hüseynov), “Qaynana” (Məcid Şamxalov), “Xanuma” (Avqsenti Saqarelli), “Göyçək Fatma” (nağıl-tamaşa), “Taleyin oyunu” (Rəvan Tohidoğlu), “Xatirə” (Yusif Əzimzadə).

Qusar teatrında quruluş verdiyi səhnə əsərləri: “Pəri cadu” (Əbdürrəhim bəy Haqverdiyev), “Arşın mal alan” (Üze­yir bəy Hacıbəyli), “Çal, oyna” (İsgəndər Coşqun), “Xəcalət” və “Vəsiyyət” (Hüseynbala Mirələmov), “Sönmüş talelər” (Rafiq Rəhimli), “Xanuma” (Avqsenti Saqarelli), “Səkkiz qadın” (Rober Toma), “Taleyin oyunu” (Rəvan Tohidoğlu).

Salyan Kukla Teatrında rejissoru olduğu tamaşalar: “Do­vşanın ad günü” (Xanımana Əlibəyli), “Çal, oyna” (İsgəndər Coşqun), “Xoşbəxtlik quşu” (Ələkbər Hüseynov).

Lənkəran teatrında özünün yazdığı “Tilsimli sandıq” nağıl-tamaşasına quruluş verib.

Laləzər Hüseynova 2024-cü il iyun ayının 20-dən Lənkə­ran Dövlət Dram Teatrında direktor vəzifəsində çalışır.