Məleykə Cəfərova

Dram artisti


Məleykə Zahir qızı Cəfərova 7 yanvar 2001-ci ildə Rusiya Federasiyasının Həştərxan şəhərində ana­dan olub. 2018-ci ildə Lənkəran rayon Viyən kəndindəki tam orta məktəbi bitirib. Həmin ildən Lənkəran Dövlət Dram Teatrında aktrisa işləyir. Azərbaycan Dövlət Mədəniyyət və Incəsənət Üniversitetinin Aktyorluq fakültəsində təhsil alıb (2019 - 2023). Tələbəlik illərində müxtəlif teatrlarda rollar oynayıb.

İfa etdiyi səhnə obrazları: Xor iştirakçısı (“The Müqəs­sir”, Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müəqssir” pyesi əsaında), Fəridə (“Məhv olmuş gündəliklər”, Ilyas Əfəndiyev), Gülər (“Xoşbəxtlər”, Sabit Rəhman), Nəvə (“Ev­lən, oğul, evlən”, Süleyman və Həmdiyə Latipovalar), Siçan “Tilsimlənmiş qız” (Tərlan Abdullayev), Mələksima (“Mələk- simanın yeni il macəraları”, Ağaddin Babayev), Ana (“Dərzi qayçısı”, Turqay Nar), Qadın (“Əyri güzgü”, Anton Çexov), Arı - 1 (“Arı pətəyi”, Şəfahət Şəfi), Əzra (“Ilan dərisi” Slobadan Şnayder), Pəri (“Dədə Qorqud” dastanı əsasında), 21-ci adam (“Iki iyirmi üç arasında”, Qəşəm Nəcəfzadə), Kəndli qız (“Cəmilə”, Çingiz Aytmatov), Göyçək Fatma (“Yeni il möcüzə­si”, Ağaddin Babayev), Aynur (“Tanrı quşu gəlmədi”, Cavid Zeynallı), Lidiya (“Dimetos”, Atol Fuqard), Birinci Simurq quşu (“Xoşbəxtlik quşu”, Ələkbər Hüseynov), Nəzrin (“Şəhid bayrağı”, Qafar Cəfərli), Əsmər (“Günah”, Rəhman Əlizadə), Günəş və Qar qız (“Tilsimli sandıq”, Laləzar Hüseynova).