Miraslan Ağayev
Aparıcı səhnə ustası
Miraslan Əzizəli oğlu Ağayev 18 mart 1958-ci ildə Lerik rayonun Tikəband kəndində anadan olub.
1975-ci ildə Lənkəran şəhər 2 saylı orta məktəbi bitirib. Həmin ildən Lənkəran Dövlət Dram Teatrına səhnə maşinisti kimi işə qəbul olunub və bir çox tamaşalarda kütləvi səhnələrdə iştirak edib. 1979-cu ildən truppaya daxil olub. Teatrda işləyə-işləyə 1987 - 1992-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Incəsənət Institutunda qiyabi təhsil alıb.
Azərbaycan klassiklərinin əsərlərində oynadığı rollar: Qoca (“Inci dolu xəzinə”, Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poeması əsasında səhnələşdirən Adil Zeynalov), Xəlil yüzba- şı, Səlim bəy, Molla Həmid, Kərim (“Hacı Qara”, “Lənkəran xanının vəziri”, “Molla Ibrahimxəlil kimyagər” və “Xırs qul- durbasan”, Mirzə Fətəli Axundzadə), Mayor Xudaverdi bəy (“Milyonçu dilənçi”, Nəcəf bəy Vəzirov), Qazı, Hümmətəli və Səbzəli, Xudayar bəy, Hacı Baxşəli (“Danabaş kəndinin məktəbi”, “Danabaş kəndinin əhvalatları” və “Ölülər”, Cəlil Məmmədquluzadə), Mirzə Mehdi, Qazı, Əliqulu xan, Musa, Ikinci əcinnə (“Xortdanın cəhənnəm məktubları”, “Millət dostları”, “Ağa Məhəmməd şah Qacar”, “Bəxtsiz cavan” və “Pəri cadu”, Əbdürrəhim bəy Haqverdiyev), Hacı Saleh (“Tamahkar”, Süleyman Sani Axundov), Toxtamış və Ata (“Qoç Polad”, Aqbdulla Şaiq), Hüseynqulu bəy (“Qaraca qız”, Abdulla Şaiq. Süleyman Sani Axundovun eyniadlı əsəri əsasında), Ədhəm (“Nadir şah”, Nəriman Nərimanov),Nazim ağa (“Topal Teymur”, Hüseyn Cavid), Molla Möhsün, Əbdüləli bəy (“Vəfalı Səriyyə” və “Sevil”, Cəfər Cabbarlı), Topal (“Fərhad və Şirin”, Səməd Vurğun).
Çağdaş milli dramaturqlarımızın müxtəlif janrlı əsərlərində oynadığı səhnə obrazları: Qonaq (“Şəhərin yay günləri”, Anar), Milis (“Şirinliyin acısı”, Hüseyn Razi), Sərhədçi
(“Sınaq”, Hikmət Ziya), Murad, Şahın vəziri, Milis zabiti (“Dağlar arxasız olmur”, “Bir sarayın oyunları” və “Səhər qatarı”, Camal Yusifzadə), Meymun (“Meşəbəyinin dostları”, Əjdər Öl), Əliqulu (“Müflis kolleksioner”, Seyfəddin Dağlı), Ilyas bəy (“Bir gəncin manifesti”, Mir Cəlal. Səhnələşdirən Mailə Muradxanlı), Serafim (“Sakitlik olmayacaq”, Şamil Xurşud), Marvar, Polis (“Qanqın böyük dalğası” və “Gəldim ki, deyəm sevirəm”, Cahan Əfruz), Professor, Məclis əhli (“Mənim sevimli dəlim” və “Mahmud və Məryəm”, Elçin), Üzun Həsən (“Generalın uşaqlığı”, Əli Səmədli), Boz qurd (“Alp Ağuz”, Fikrət Sadıq), Tormoz (“Şirinbala bal yığır”, Salam Qədirzadə), Hacı (“Sabir gülür”. Mirzə Ələkbər Sabirin şeirləri əsasında səhnələşdirənlər Həsən Hacağayev və M. Canızadə), Anar (“Yeddi şam”, Əlimərdan Nəsirov), Feldşer Kamal, Murtuz müəllim (“Mamoy kişinin yuxuları” və “Üca dağ başında”, Vaqif Səmədoğlu), Qartal (“Cavanşir”, Mehdi Hüseyn), Mürvət Talıb, Sakit və Xankişi, Hatəm (“Əcnəbi kürəkən” və “Sovqat”, Maarif Məmmədov), Joze (“Şeytan işığı”, Kamran Nəzirli), Ikinci oğlan, Əhmədcan (“Sən həmişə mənimləsən” və “Qəribə oğlan”, Ilyas Əfəndiyev), Yusifli
(“Müəmmalı ölüm”, Hüseyn Abbaszadənin “Həzi Aslanov” romanı əsasında səhnələşdirənlər Adil Zeynalov və Cəfər Fətullayev), Ibişov və Bəbirli (“Özümüz bilərik”, Şıxəli Qurbanov), Leytenant Sons (“Rəngli yuxu”, Ramiz Xəlilzadə), Üzun (“Ailədə məhkəmə”, Marat Haqverdiyev), Heydərqulu xan, Əhəd, Kolya (“Pənah xan Cavanşir”, “Vicdanın hökmü” və “Ləyaqət”, Hüseynbala Mirələmov), Vəkil (“Varlı qadın”, Əli Əmirli), Vəzir (“Nəsrəddin”, Yusif Əzimzadə), Savalan (“Insan və şeytan”, Azər Abdullayev), Musa (“Ana laylası”, Isgəndər Coşqun), Nəcəf (“Durna”, Süleyman Rüstəm), Redaktor (“Məni qınamayın”, Hidayət), Şir Şəmsəddin (“Casus”, Kamal Abdulla), 5-ci adam (“Iki iyirmi üç arasında”, Qəşəm
Nəcəfzadə), Teymur (“Şəhid bayrağı”, Qafar Cəfərli).
Yerli müəlliflərin əsərlərinin tamaşalarında çıxış etdiyi səhnə surətləri: Şah, Şah (“Yeni il möcüzəsi” və “Üç qardaş”, Ağaddin Babayev), Kahin (“Əsrlərin harayı”, Əli Vəlioğlu), Qoca (“Dəcəl keçi”, Pərvin Nurəliyeva), Şaxta baba (“Balaca qara qız”, Tərlan Abdullayev), Ikinci fəhlə (“Birtərəfli hərəkət”, Şəkər Aslan), Esesovçu, Milis nəfəri (“Ana fəryadı” və “Prokuror”, Məmmədhüseyn Əliyev), Sahə müvəkkili (“Ay lolo və ya moskvalı gəlin” , Hafiz Mirzə), Veys bəy (“Füzuli”, Ağamir Cavad), Adam, Mirzə, Sahib (“Məhəbbət və ölüm”, “Qəhrəmanlıq xronikası” və “Şeyx Zahid Gilani”, Baba Rzayev), Zaman (“Qalxın, məhkəmə gəlir!”, Eldar Isgəndərzadə), Nurxan, Mesrop Ayrikyan (“Artan dövlətinin hekayəti” və “Ücalıq”, Xədicə Məsud), Səlim (“Inam”, Yaşar Əkbərov), Ağa (“Novruz sərgüzəştləri”, Əlibala Əsgərov), Padşah (“Tənbəl Əhməd”, Ağacəfər Fətullayev).
Əcnəbi müəlliflərin dramlarında çıxış etdiyi bədii personajlar: Klitandr, Diafuarus, Jeront (“Mizantrop”, “Vasvası xəstə” və “Skapenin kələkləri”, Jan Batist Molyer), Ivan (“Günahsız müqəssirlər”, Aleksandr Östrovski), Şufterle (“Qaçaqlar”, Fridrix Şiller), Karobkin, (“Müfəttiş”, Nikolay Qoqol), Sobakeviç (“Ölü canlar”, Milxail Bulqakov. Nikolay Qoqolun eyniadlı əsəri əsasında), Qastone Kalifani (“Ruhlar”, Eduardo de Filippo), Raul (“Bahalı oğlan”, Sergey Mixalkov), Kral (“Çəkməli pişik və ya Şahzadə Pyer”, Şarl Perro), Birinci anadangəlmə kor (“Korlar”, Moris Meterlink), Ikinci dulusçu (“Dulusçu haqqında əfsanə”, Əhmədxan Əbubakar), Şir adam (“Qar kraliçası”, Hans Kristian Andersen), Mayor (“Yerin cazibəsi”, Anatoli Safronov), Ikinci ovçu (“Yaşamağın ləzzəti”, Vasili Şukşin), Anarxistlərin başçısı (“Nikbin faciə”, Vsevolod Vişnevski), Indiko (“Çinari manifesti” Aleksandr Çxeidze), Sədr (“Taxtabiti”, Vladimir Mayakovski), Aptekçi (“Domoklun qılıncı”, Nazim Hikmət), Müəzzin (“Karıxmış sultan”, Taufiq əl Hakimi), Para (“Nazirin xanımı”, Branislav Nuşiç), Pollada (“Iblisin oyunları”, Mikloş Xubai), Bulat (“Şah və əks-səda”, Hüseyn və Həmdiyyə Latipovlar), Əlimcan (“Dəmir qadın”, Şərəf Başbəyov), Petrasov (“Kələkbaz”, Lev Korsinski), Qasid (“Şah Edip”, Sofokl), Həbsxana gözətçisi (“Herostratı unudun”, Qriqori Qorin), Pera (“Nazirin xanımı” Branislav Nuşiç), Murad bəy (“Intihar”, Əziz Nesin), Vəzir (“Ilan Sultan”, Bəhram Beyzayi), Sərxan (“Kərbəla”, Bəkir Yıldız), Kroqstad (“Kuklalar evi”, Henrik Ibsen), Nağılçı (“Əlibaba və qırx quldur”, ərəb xalq nağılı əsasında işləyən Loğman Kərimov).
Miraslan Ağayev “Susmuş vicdan” (Deputat), “Durnalar qayıdır” (Əsgər), “Sevginin göz yaşları” (Ata), “Günəşim ol” (Qafur) film və seriallarına çəkilib. Teatrla birlikdə Türkiyənin Dənizli , Antaliya və Konya şəhərlərində keçirilən festivallarda iştirak edib.
Miraslan Ağayev 10 mart 2022-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Fəxri fərmanı ilə təltif edilib.
