Rauf Zeynalov
Dram artisti
Rauf Ağakərim oğlu Zeynalov 15 dekabr 1965-ci ildə Lənkəran şəhərində anadan olub. 1983-cü ildən Lənkəran Dövlət Dram Teatrında aktyor işləyir.
Azərbaycan klassiklərinin əsərlərində oynadığı rollar: Xacə Məsud (“Lənkəran xanının vəziri”, Mirzə Fətəli Axun- dzadə), Əhməd, Qurbanəli (“Ağa Kərim xan Ərdəbili” və “Dələduz”, Nəcəf bəy Vəzirov), Səbzəli və Vəliqulu (“Danabaş kəndinin əhvalatları”, Cəlil Məmmədquluzadə), Əsgər (“Inci dolu xəzinə”. Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poeması əsasında səhnələşdirən Adil Zeynalov), Birinci əsgər (“Qoç Polad”, Abdulla Şaiq), Canpolad (“Ana”, Hüseyn Cavid), Birinci dost və Birinci oğlan, Ev sahibi (“Xortdanın cəhənnəm məktubları” və “Millət dostları”, Əbdürrəhim bəy Haqverdiyev).
Çağdaş milli dramaturqlarımızın müxtəlif janrlı əsərlərində oynadığı səhnə obrazları: Van Bill (“Rəngli yuxu”, Ramiz Xəlilzadə), Ikinci tilsim (“Sehrli üzük”, Zakir Bağır),
Həsən Rəcəb (“Hacı Kərimin aya səyahəti”, Qulamrza Cəmşidi), Baletmeyster (“Toyda Çelentano oxuyur”, Əli Səmədli), Mikola, Salam (“Qəhrəmanlıq xronikası” və “Şeyx Zahid Gi- lani”, Baba Rzayev), Temirin dayısı (“Mamoy kişinin yuxuları”, Vaqif Səmədoğlu), Samir (“Ağ kəlağayı”, Rafiq Rəhimli), Pirverdi (“Əcnəbi kürəkən”, Maarif Məmmədov), Ümid (“Qəribə oğlan”, Ilyas Əfəndiyev), Mitridat (“Əsrlərin harayı”, Əli Vəlioğlu), Zənci (“Ilğım”, Firuz Mustafa), Darğa, Ödunçu (“Zəncirlənmiş toy-büsat” və “Cəsurlar”, Əli Səmədli), Fər- raş (“Pənah xan Cavanşir”, Hüseynbala Mirələmov), Dərviş (“Nəsrəddin”, Yusif Əzimzadə), Aqil (“Mənim ağ göyərçinim”, Tamara Vəliyeva), Qulaməli (“Ay lolo və ya moskvalı gəlin” , Hafiz Mirzə), Birinci mühafizəçi (“Şaxta baba və pərilər”, Emil Əsgərov), Meymun (“Meşəbəyinin dostları”, Əjdər Öl), Div (“Yeni il möcüzəsi”, Ağaddin Babayev), Vəli (“Novruz sərgüzəştləri”, Əlibala Əsgərov), Avara pişik (“Tilsimlənmiş qız”, Tərlan Abdullayev), Baş gözətçi (“Yetim Rac”, Öruc Qurbanov), Vəzir (“Xoşbəxtlik quşu”, Ələkbər Hüseynov), Meymun (“Tilsimli sandıq”, Laləzar Hüseynova), Namiq (“Günah”, Rəhman Əlizadə).
Əcnəbi müəlliflərin dramlarında çıxış etdiyi bədii personajlar: Birinci gələn (“Yaşamağın ləzzəti”, Vasili Şukşin), Ağqvardiyaçı (“Nikbin faciə”, Vsevolod Vişnevski), Fəhlə (“Varislər”, Dulat Isabəyov), Maral və Birinci quldur (“Qar kraliçası”, Hans Kristian Andersen), Detektiv pişik (“Çəkməli pişik və ya Şahzadə Pyer”, Şarl Perro), Rüstəm (“Əlibaba və qırx quldur”, ərəb xalq nağılı əsasında işləyən Əlibala Əsgərov), Cumaqulu, Birinci Juan (“Manqurt”, Çingiz Aytma- tov), Fəhlə (“Ruhlar”, Eduardo de Filippo), Sürücü (“Dəmir qadın”, Şərəf Başbəyov), Gözətçi (“Şah Edip”, Sofokl), Birinci fəhlə (“Ruhlar2, Eduardo de Filippo), Köməkçi (“Senemar”, Bəhram Beyzayi), Birinci dilənçi (“Xəlifə Leylək”, Vilhelm Qauf), Keşikçi (“Şahzadə xanım və bacatəmizləyən”, LeonidJuxovitski), Pişikdiş (“Sehrli yaylıq”, Valeri Qubaryev).
Rauf Zeynalov “Günəşim ol” (Kərim) teleserialına çəkilib
