Saleh Əzimzadə

Dram artisti


Saleh Eldəniz oğlu Əzimzadə 14 sentyabr 2000-ci ildə Lənkəran şəhərində anadan olub. Şəhərdəki 9 say­lı orta məktəbi bitirib (2006 - 2017). Azərbaycan Dövlət Mədəniyyət və Incəsənət Üniversitetinin Teatr və kino akt- yorluğu fakültəsində təhsil alıb (2017 - 2021). Üniversiteti bitirdikdən sonra 1 il hərbi xidmətdə olub. 2022-ci ildən Lənkəran Dövlət Dram Teatrında aktyor işləyir.

Ifa etdiyi səhnə surətləri: Cəllad (“Sehrli alma”, Əli Əmir- li), Arı - 6 (“Arı pətəyi”, Şəfahət Şəfi), 4-cü, 14-cü və 24-cü adam (“Iki iyirmi üç arasında”, Qəşəm Nəcəfzadə), Mahmud (“The Müqəssir”, Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müəqssir” pyesi əsaında), Ösman (“Cəmilə”, Çingiz Aytma- tov), Nəsimi (“Qapıda öpüş”, Intiqam Hacılı), Rəssam şahzadə (“Yalançı şahzadə”, Tərlan Abdullayev), Div (“Nuru babanın sərgüzəştləri”, Intiqam Hacılı), Prokuror Poladov (Prokuror”, Məmmədhüseyn Əliyev), Nahid (“Yaşayan ölü”, Könül Məm­mədova), Prins Çarlz (“Üçan səhnə”, Emil Əsgərov), Polad (“Şəhid bayrağı”, Qafar Cəfərli), Mustafa (“Tanrı quşu gəl- nədi”, Cavid Zeynallı).