Şəbnəm Hüseynova
Dram artisti
Şəbnəm Ilham qızı Hüseynova 13 may 1990-cı ildə Lənkəran şəhərində anadan olub. 2005-ci ildə Lənkəran rayonu Şilavar kənd orta məktəbini bitirib. 2008-ci ildə Lənkəran Dövlət Dram Teatrında aktrisa kimi fəaliyyətə başlyıb.
Azərbaycan dramaturqlarının müxtəlif janrlı əsərlərində oynadığı səhnə obrazları: Nisə xanım (“Lənkəran xanının vəziri”, Mirzə Fətəli Axundzadə), Züleyxa xanım (“Ağa Kərim xan Ərdəbili”, Nəcəf bəy Vəzirov), Mələk (“Xortdanın cəhənnəm məktubları” , Əbdürrəhman bəy Haqverdiyev), Gülyaz (“Qoç Polad”, Aqbdulla Şaiq), Üçüncü qız (“Tənbəl Əhməd”, Ağacəfər Fətullayev), Nüşabə (“Əcnəbi kürəkən”, Maarif Məmmədov), Dayə və Caduyə, Simurq (“Comərdin hünəri” və “Üç qardaş”, Ağaddin Babayev), Zəhra (“Köhnə ev”, Əli Əmirli), Amitida (“Əsrlərin harayı”, Əli Vəlioğlu), Qurd (“Meşəbəyinin dostları”, Əjdər Öl), Nənə (“Dəcəl keçi”, Pərvin Nurəliyeva), Dovşan və Xeyirxah qarı (“Ceyranınad günü”, Ələddin Qurbanov), Nataşa (“Ay lolo və ya moskvalı gəlin”, Hafiz Mirzə), Qar qız (“Şaxta baba və pərilər”, Emil Əsgərov), Azad və Qarğa, Qar qız (“Qaraca qız və xallı ifritə” və “Balaca qara qız”, Tərlan Abdullayev), Küpəgirən qarı (“Nuru babanın sərfüzəştləri”, Intiqam Hacılı), Bahar (“Novruz sərgüzəştləri”, Əlibala Əsgərov), Beştelli durna (“Tülkü, tülkü, tümbəki”, Xanım Həsənova), Ikinci Simurq quşu (“Xoşbəxtlik quşu”, Ələkbər Hüseynov).
Əcnəbi müəlliflərin pyeslərinin tamaşalarında çıxış etdiyi bədii personajlar: Pantomim ifaçı (“Ezop”, Gilerma Fiqey- redu), Ruh (“Iblisin oyunları”, Mikloş Xubai), Qar kraliçası (“Qar kraliçası”, Hans Kristian Andersen), Şahzadə Qızılgül və Daniel (“Çəkməli pişik və ya Şahzadə Pyer”, Şarl Perro), Vasilisa (“Ölməz Kaşşey”. Səhnələşdirən Əlibala Əsgərov), Inna Simyonovna (“Kələkbaz”, Lev Korsinski), Cabelğa səfiri (“Ilan sultan”, Bəhram Beyzayi), Cavan kor qadın (“Korlar”, Moris Meterlink), Cüdə (“Kərbəla”, Bəkir Yıldız), Məstan (“Gücümüz birliyimizdədir”, yaxud “Turp”. Rus nağılı əsasında səhnələşdirən Intiqam Soltan), Sara (“Evlən, oğul, evlən!”, Hüseyn və Həmdiyyə Latipovlar), Bonka (“Dörd əkiz”, Panço Pançev), Boris (“Sehrli yaylıq”, Valeri Qubaryev).
