Sucəddin Mirzəyev

Əməkdar artist


Sucəddin Qiyas oğlu Mirzəyev 9 iyun 1956-cı ildə Ma­sallı rayonunun Ikinci Yeddioymaq kəndində anadan olub. Kənd orta məktəbini bitirib. 1973 - 1977-ci illərdə Mirza- ğa Əliyev adına Azərbaycan Dövlət Incəsənət Institutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb. 1977-ci ildən Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Te­atrının aktyorudur.

Milli klassiklərin əsərlərində ifa etdiyi obrazlar: Hacı Qara, Bayram, Hacı Nuru (“Hacı Qara”, “Xırs quldurbasan” və “Molla Ibrahimxəlil kimyagər”, Mirzə Fətəli Axundzadə), Əşrəf bəy, Qurbanəli, Əşrəf bəy (“Milyonçu dilənçi”, “Dələ­duz” və “Hacı Qəmbər”, Nəcəf bəy Vəzirov), Hacı Səməd ağa və Fərhad, Səfərqulu xan və Sadıq xan, Əsgər bəy, Hacı Kam- yab (“Bəxtsiz cavan”, “Ağa Məhəmməd şah Qacar”, “Millət dostları” və “Xortdanın cəhənnəm məktubları”, Əbdürrəhim bəy Haqverdiyev), Cəlal və Ikinci azarlı, Üçitel Həsənov və Pristav (“Ölülər” və “Danabaş kəndinin məktəbi”, Cəlil Məm­mədquluzadə), Şah Təhmas (“Nadir şah”, Nəriman Nərima­nov), Qaraquş (“Topal Teymur”, Hüseyn Cavid), Toxtamış və Ibiş (“Qoç Polad”, Abdulla Şaiq), Səfər, Əbdül, Balaş (“Vəfalı Səriyyə və yaxud göz yaşı içində gülüş”, “Solğun çiçəklər” və “Sevil”, Cəfər Cabbarlı), Şeyda (“Toy”, Sabit Rəhman).

Çağdaş Azərbaycan dramaturqlarının əsərlərində ifa etdiyi əsas rollar: Ikinci işçi, Muratov, Cahangir, Bayandur (“Sən həmişə mənimləsən”, “Qəribə oğlan”, “Atayevlər ailəsi” və “Büllur sarayda”, Ilyas Əfəndiyev), Ədəbi işçi (“Mənim sevimli dəlim”, Elçin), Toğrul, Fərhad müəllim (“Üca dağ başında” və “Mamoy kişinin yuxuları”, Vaqif Səmədoğlu), Allahqulu, Rəhim, Vanya (“Pənah xan Cavanşir”, “Vicdanın hökmü” və “Ləyaqət”, Hüseynbala Mirələmov), Xeyri, Nəs­rəddin (“Silahdaş” və “Nəsrəddin”, Yusif Əzimzadə), Gilani (“Bir kişi vardı”, Isa Hüseynov), Tennis (“Rəngli yuxu”, Ramiz 

Xəlilzadə), Rüstəm, Ilham (“Yağışdan sonra” və “Şəhidlər”, Bəxtiyar Vahabzadə), Ryabinin (“Abidə”, Hüseyn Nəcəfov), Tural (“Şirinliyin acısı”, Hüseyn Razi), Murad (“Sınaq”, Hik­mət Ziya), Firuz (“Müflis kolleksioner”, Seyfəddin Dağlı), Suren (“Bir gəncin manifesti”, Mir Cəlal), Mirzətay (“Sakitlik olmayacaq”, Şamil Xurşud), Yusif, Şunu (“Gəldim ki, deyəm sevirəm” və “Qanqın böyük dalğası”, Cahan Əfruz), Şah, Şir­van, Qısaquyruq, Həzi (“Zəncirlənmiş toy-büsat”, “Toyda Çelentano oxuyur”, “Üç tülkü balası və kirpi” və “Genera­lın uşaqlığı”, Əli Səmədli), Qeys (“Min illərin işığı”, Kamil Abdullayev), Cek (“Hacı Kərimin aya səyahəti”, Qulamrza Cəmşidi), Həzi (“Müəmmalı ölüm”, Hüseyn Abbaszadənin “Həzi Aslanov” romanı əsasında səhnələşdirənlər Adil Zey­nalov və Cəfər Fətullayev), Namiq (“Şəhərin yay günləri”, Anar), Elçin (“Cavanşir”, Mehdi Hüseyn), Bahadır (“Əcnəbi kürəkən”, Maarif Məmmədov), Babək (“Məhkumlar”, Fik­rət Qoca), Harpaq (“Əsrlərin harayı”, Əli Vəlioğlu), Zəfər (“Özümüz bilərik”, Şıxəli Qurbanov), Səməndər (“Insan və şeytan”, Azər Abdullayev), Örxan (“Mənim ağ göyərçinim”, Tamara Vəliyeva), Murad (“Durna”, Süleyman Rüstəm), Antoni (“Sezarın qətli”, Arif Mədətov), Qazan xan (“Casus”, Kamal Abdulla), 2-ci adam (“Iki iyirmi üç arasında”, Qəşəm Nəcəfzadə), Loğman (“Günah”, Rəhman Əlizadə).

Yerli müəlliflərin əsərlərində ifa etdiyi obrazlar: Fəyaz (“Birtərəfli hərəkət”, Şəkər Aslan), Ibrahim xan (“Füzuli”, Ağamir Cavad), Mətin (“Qalxın, məhkəmə gəlir!”, Eldar Isgən- dərzadə), Elgüc, Aşot Qalumyan (“Artan dövlətinin hekayəti” və “Ücalıq”, Xədicə Məsud), Əhməd (“Şeyx Zahid Gilani”, Baba Rzayev), Məlik Məmməd (“Kəloğlanın sərgüzəştləri”, Ağaddin Babayev), Səlimxan və Almazov (“Prokuror”, Məm- mədhüseyn Əliyev), Ilham (“Şəhidlər”, Əl Salahlı), Meşəbəyi (“Ceyranın ad günü”, Ələddin Qurbanov), Gülağa (“Ay lolo və 

ya moskvalı gəlin”, Hafiz Mirzə), Piri baba, Atabəy (“Qaraca qız və xallı ifritə” və “Tilsimlənmiş qız”, Tərlan Abdullayev), Nuru baba (“Nuru babanın sərgüzəştləri”, Intiqam Hacılı), Üçüncü ifaçı (“Sehirbazlar dərəsi”, Emil Əsgərov), Fərhad (“Şəhid bayrağı”, Qafar Cəfərli).

Tərcümə pyeslərinin tamaşalarında çıxış etdiyi səhnə obrazları: Şah Edip (“Şah Edip”, Sofokl), Jora Timoxin (“Baha­lı oğlan”, Sergey Mixalkov), Buz adam (“Qar kraliçası”, Hans Kristian Andersen), Britannik (“Iblisin oyunları”, Mikloş Xubai), Herostrat (“Herostratı unudun”, Qriqorii Qorin), Cani, Müştaq bəy (“Üç yeriyən bədbəxtlik” və “Intihar”, Əziz Nesin), Tom Diafuarus (“Vasvası xəstə”, Jan Batist Molyer), Çiçikov (“Ölü canlar”, Mixail Bulqakov. Nikolay oqolum eyniadlı əsəri əsasında), Ösip (“Müfəttiş”, Nikolay Qoqol), Şveyster (“Qaçaqlar”, Fridrix Şiller), Doktor (“Öyuncaq ev”, Henrik Ibsen), Pyotr Ördıntsev (“Yerin cazibəsi”, Anatoli Safronov), Təlxək (“Məhəbbətsiz şəhər”, Lev Üstinov), Birinci ovçu (“Yaşamağın ləzzəti”, Vasili Şukşin), Ödessalı (“Nikbin faciə”, Vsevolod Vişnevski), Qoqi (“Çinari manifesti”, Alek­sandr Çxeidze), Statist (“Taxtabiti”, Vladimir Mayakovski), Dudar (“Andro və Sandro”, Georgi Xuqayev), Əlimcan (“Də­mir qadın”, Şərəf Başbəyov), Ağılsız (“Avtobus”, Stanislav Stratiyev), Şaxta baba (“Qırmızıpapaq”, Şarl Perro), Ikinci anadangəlmə kor (“Korlar”, Moris Meterlink), Idris (“Ev­lən, oğul, evlən!”, Hüseyn və Həmdiyyə Latipovlar), Banuş (“Şənbə axşamı”, Mar Bayciyev), Öbirisi (“Senemar”, Bəhram Beyzayi), Salnaməçi (“Ilan sultan”, Bəhram Beyzayi), Öleq Koreşkov (“Kələkbaz”, Lev Korsinski).

Aktyor “Tənha durna uçuşu” (Kəndli), “Durnalar qayıtdı” (Yusifin atası), “Susmuş vicdan” (Azərbaycanlı əsir) televiziya filmlərinə, “Sevginin göz yaşı” (Cəfər) serialına çəkilib.

Sucəddin Mirzəyev 25 iyun 2013-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adı ilə təltif olunub.