Təranə Fərəcova

Dram artisti


Təranə Niyaz qızı Əzizova (Fərəcova) 24 yanvar 1979-cu ildə Rusiya Federasiyasının Ömsk şəhə­rində anadan olub. 1995 - 1998-ci illərdə Lənkəran şəhər Kənd Təsərrüfatı Texnikumunda təhsil alıb. 1996-cı ildən Lənkəran Dövlət Dram Teatrında aktrisa işləyir.

Teatra gəl­diyi ilk illərdə Əzizova soyadı ilə çıxış edib.

Çağdaş Azərbaycan dramaturqlarının müxtəlif janr­lı əsərlərində oynadığı səhnə obrazları: Yetər (“Milyonçu dilənçi”, Nəcəf bəy Vəzirov), Hüsniyyə, Tafta, Gülnisə (“Vəfalı Səriyyə”, “Sevil” və “Solğun çiçəklər”, Cəfər Cabbarlı), Yetər (“Qaraca qız”, Abdulla Şaiq. Süleyman Sani Axundovun eyni­adlı əsəri əsasında), Qızxanım (“Qoç Polad”, Aqbdulla Şaiq), Marqarita (“Xor-xor”, Sultanməcid Qənizadə), Ismət (“Ana”, Hüseyn Cavid), Qıvrımtel (“Cavanşir”, Mehdi Hüseyn), Sona (“Vəzifə”, Əkrəm Əylisli), Zəhra (“Köhnə ev”, Əli Əmirli), Şəfqət bacısı (“Dəlixanadan dəli qaçıb”, Elçin), Səidə (“Mə­nim ağ göyərçinim”, Tamara Vəliyeva), Həcər (“Ana laylası”, Isgəndər Coşqun), Qəmər (“Durna”, Süleyman Rüstəm), Keçi (“Dəcəl keçi”, Pərvin Nurəliyeva), Tovuz quşu (“Yetim Rac”, Öruc Qurbanov), Üzunburun, Gülyanaq, Kiçik qız (“Üç tülkü balası və kirpi”, 

“Cəsurlar” və “Ölüm hökmü”, Əli Səmədli), Zeynəb (“Əlibaba və qırx quldur”, ərəb xalq nağılı əsasında işləyən Loğman Kərimov), Qaraqaytan (Mamoy kişinin yuxu­ları”, Vaqif Səmədoğlu), Kiçik bacı (“Şeytanın işığı”, Kamran Nəzirli), Ülkər (“Ağ kələğayı”, Rafiq Rəhimli), Xavər (“Əcnəbi kürəkən”, Maarif Məmmədov).

Yerli müəlliflərin əsərlərində çıxış etdiyi obrazlar: Qar kraliçası və Təmizlik işçisi, Qulluqçu, Dayə (“Balaca qara qız”, “Yalançı şahzadə” və “Tilsimlənmiş qız”, Tərlan Abdul­layev), Gültamam (“Ay lolo və ya moskvalı gəlin”, Hafiz Mir­zə), Küpəgirn qarı (“Ceyranın ad günü”, Ələddin Qurbanov), Mandana (“Əsrlərin harayı”, Əli Vəlioğlu), “Qalxın, məhkəmə gəlir”, Eldar Isgəndərzadə), Hind qızı və Türk qızı (“Yuxu”, Xanəhməd Nahid), Gülşən (“Insan və şeytan”, Azər Abdulla­yev), Mandana (“Əsrin harayı”, Əli Vəlioğlu), Küpəgirən qarı (“Ceyranın ad günü”, Ələddin Qurbanov), Küpəgirən qarı (“Nuru babanın sərgüzəştləri”, Intiqam Hacılı), Gültamam (“Ay lolo və ya moskvalı gəlin”, Hafiz Mirzə), Üçüncü Simurq quşu (“Xoşbəxtlik quşu”, Ələkbər Hüseynov), Zeynəb (“Şəhid bayrağı”, Qafar Cəfərli), Küpəgirən qarı (“Tilsimli sandıq”, Laləzar Hüseynova).

Əcnəbi müəlliflərin dramlarında çıxış etdiyi bədii perso­najlar: Lakusta (“Iblisin oyunları”, Mikloş Xubai), Mila (“Seh­rli yaylıq” Valeri Qubaryev), Zeynəb (“Əlibaba və qırx qul­dur”, ərəb nağılı əsasında işləyən Loğman Kərimov) Saqqallı quldur qarı (“Qar kraliçası”, Hans Kristian Andersen), Ağlını itirmiş kor qadın (“Korlar”, Moris Meterlink), Zifa (“Evlən, oğul, evlən!”, Hüseyn və Həmdiyyə Latipovlar), Xumar xanım (“Manyak”, Əziz Nesin), Asel (“Şənbə axşamı”, Mar Bayciyev), Küpəgirən qarı (“Ölməz Kaşşey”, rus xalq nağılı), Anjelika (“Jorj Danden və ya aldadılmış ər”, Jan Batist Molyer), Ağlını itirmiş kor qadın (“Korlar”, Moris Materlink), Asel (“Şənbə axşamı”, Mustay Kərim), Sofya (“Dimetos”, Atol Fuqard).