Təvəkkül Həsənov

Dram artisti


Təvəkkül Həsən oğlu Həsənov Lənkəran rayonun Girdəni kəndində anadan olub. 1972-ci ildə Girdəni kənd tam orta məktəbini bitirib (1972 - 1982). Baki Mədəni Marif Texnikumunun Kütləvi tamaşalar rejissorluğu şöbə­sində təhsil alıb (1982 - 1984). Cəfər Cabbarlı adına “Azər- baycanfilm” kinostudiyasında əmək fəaliyyətinə başlayıb. 1985 - 1987-ci illərdə hərbi xidmətdə olub. Lənkəran Mədə­niyyət Şöbəsində Şıxəli Qurbanov adına klubda bədii rəhbər, “Şənlik” mahnı və rəqs ansamblında baletmeyster, Hüseyn Ərəblinski adına Xalq Teatrında rejissor, 5 N-li Avtoklubda müdir (1987 - 1990), Azərbaycan Mədəniyyət Fondunun Lənkəran Şöbəsində sədr müavini (1992 - 1995) işləyib. 1995 - 1998-ci illərdə Sankt-Peterburq Dövlət Mədəniyyət və Incəsənət Üniveritetinin Kino və televiziya rejisorluğu fakultəsində təhsil alıb. 2000 - 2003-cü illərlə Rusiya STS Televiziya Şirkətlər Korporasiyasinən televiziya filmləri redaksiyasında rejisor kimi çalışıb. 2003-cü ildən Lənkəran Dövlət Dram Teatrında əvvəl rejissor asistenti işləyib, 2018- ci ildən aktyor ştatındadır.

Ifa etdiyi rollar: 20-ci adam (“Iki iyirmi üç arasında”, Qəşəm Nəcəfzadə), Şagird (“Ölanlardan, keçənlərdən”, Üze­yir bəy Hacıbəyli), Panteleymon Polokarpovoç” (“Mənim sevimli dəlim”, Elçin).