Teymur Hacızadə

Dram artisti


Teymur Mirtehran oğlu Hacızadə 20 dekabr 1994-cü ildə Lənkəran şəhərində anadan olub. 2000-ci ildə Lənkəran şəhər 7 saylı orta məktəbi bitirib (2000 - 2011). Müxtəlif işlərdə şalışıb. 2021-ci ildə Lənkəran Dövlət Dram Teatrına səhnə maşinisti götürülüb 2023-cü ildən teatrın heyətinə, 2024-cü ildən aktyor heyətinə qəbul edilib.

Ifa etdiyi rollar: Vəkil (“Sehrli alma”, Əli Əmirli), Polis (“Prokuror”, Məmmədhüseyn Əliyev), Arı - 5 (“Arı pətəyi”, Şəfahət Şəfi), Xor iştirakçısı (“The Müqəssir”, Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müəqssir” pyesi əsasında), Seyit (“Cəmilə”, Çingiz Aytmatov), (“Qapıda öpüş”, Intiqam Hacılı), Əjdaha (“Nuru babanın sərgüzəştləri”, Intiqam Hacılı), Qarğa (“Qar dənələri”, Tərlan Abdullayev), Əjdaha (“Qış nağılı”, Həmid Piriyev), Murad (“Xoşbəxtlik quşu”, Ələkbər Hüsey­nov), Fərrux (“Günah”, Rəhman Əlizadə), Canavar (“Tilsimli sandıq”, Laləzar Hüseynova).