“Haqqın 44 günü” tamaşası nümayiş olunub

11 oktyabr 2026


“Haqqın 44 günü” tamaşası nümayiş olunub

Oktyabrın 11-də Lənkəran Dövlət Dram Teatrında Vətən müharibəsinin 44 günlük Zəfər salnaməsinə həsr olunmuş “Haqqın 44 günü” tamaşası nümayiş etdirilib.

Səhnə əsərində 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər, xalqımızın birliyi və həmrəyliyi, Vətən uğrunda mübarizənin qəhrəmanlıq ruhu əks olunub. Tamaşada, eyni zamanda, müharibənin insan talelərində buraxdığı dərin izlərə, yaşanan ağrı-acılara və onun ağır nəticələrinə də toxunulub.

Tamaşanın müəllifi və quruluşçu rejissoru Anar Babalı, quruluşçu rəssamı Adil Əsədli, musiqi tərtibatçısı isə Fərahim Fərəcovdur.

Səhnə əsərində əsas rolları Səyad Əliyev, Vəfa Hacızadə, Şəbnəm Hüseynova, Aysel Babazadə, Saleh Əzimov, Məleykə Cəfərova, Teymur Hacızadə və Cəfər Səlimov ifa ediblər.

Tamaşa Vətən müharibəsinin qəhrəmanlıq salnaməsini, xalqımızın mübarizə əzmini və Zəfərin doğurduğu milli qürur hissini səhnə dili ilə tamaşaçılara çatdırıb.

Tamaşanı N saylı hərbi hissənin zabit və əsgər heyəti izləyib. Səhnə əsəri hərbçilər tərəfindən böyük maraq və coşqu ilə qarşılanıb.