Lənkəran Dövlət Dram Teatrı kollektivi Neftçala rayonunda

14 Mart 2026


14 mart 2026-cı il tarixində Lənkəran Dövlət Dram Teatrı kollektivi Neftçala rayonunda yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Gəlinlik paltarı” tamaşası ilə uğurlu qastrol səfəri həyata keçirmişdir.

 

Tamaşa teatrsevərlər tərəfindən böyük maraq və alqışlarla qarşılanmışdır.

 

Quruluşçu rejissor: Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, Dağıstan Respublikasının əməkdar artisti Laləzar xanım Hüseynova

Quruluşçu rəssam: Fuad Hüseynov

 Rəssam: Sevən Həsənli

Musiqi tərtibatı: Vüqar Fərəcov

 Rejissor assistenti: Nuranə Nəcəfova

 

Tamaşada rolları:

Ayşən Əsədova (Fənayə), Şəbnəm Hüseynova (Rahibə), Aynur Əhmədova (Zinayə), Elçin Hacıyev (Qadir), Saleh Əzimzadə (Haris), Səyad Əliyev (Fədai),Aysel Babazadə (Rufa),Nuranə Nəcəfova(Sadiqə),GünelBağırova,Elvin Məmmədov(pantomima) ifa edirlər.

 

Tamaşaya göstərilən diqqət və dəstəyə görə minnətdarlığımızı bildiririk!