
Lənkəran Dövlət Dram Teatrında 134-cü teatr mövsümünün bağlanışı ilə əlaqədar yığıncaq keçirildi.
20 iyul 2025
Lənkəran Dövlət Dram Teatrında 134-cü teatr mövsümünün bağlanışı ilə əlaqədar yığıncaq keçirildi.
Yığıncağı giriş sözü ilə teatrın direktoru, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, Dağıstan Respublikasının Əməkdar artisti Laləzar xanım Hüseynova açaraq, teatrın bu mövsüm ərzində qazandığı uğurlardan bəhs etdi. O, çıxışında qeyd etdi ki, Lənkəran Dövlət Dram Teatrı bu il bir çox önəmli layihələrdə uğurla iştirak etmiş, həm paytaxtda, həm də bölgələrdə tamaşaçılar tərəfindən böyük maraq və sevgi ilə qarşılanmışdır.
Direktor xüsusi ilə Bakı şəhərində keçirilən Akademik Milli Dram Teatrının təşkil etdiyi “Bölgə teatrlarının Bakı premyeraları” layihəsində teatrın uğurlu çıxışını vurğuladı, eyni zamanda regionlarda nümayiş olunan tamaşaların da geniş tamaşaçı kütləsi tərəfindən rəğbətlə qarşılandığını bildirdi.
Laləzar xanım Hüseynova çıxışının sonunda qeyd etdi ki, 134-cü teatr mövsümünü uğurla başa vuran teatr kollektivi qarşıdakı mövsümdə də daha böyük nailiyyətlərə imza atmağa hazırdır və bu istiqamətdə yaradıcı fəaliyyətini əzmlə davam etdirəcək.
Daha sonra çıxış edən Azərbaycan Respublikasının Xalq artisti Qabil Quliyev bu il teatrın qazandığı uğurların gələcək fəaliyyətə də öz töhfəsini verəcəyini vurğuladı. O, çıxışında bildirdi ki, Lənkəran Dövlət Dram Teatrı bundan sonrakı fəaliyyətində də yeni-yeni, daha böyük uğurlara imza atacaq.
Qabil Quliyev, zəngin tarixi ənənələrə malik olan teatrın yaradıcı fəaliyyətini davamlı şəkildə genişləndirəcəyinə və sənət yolunda daha da möhkəmlənəcəyinə əmin olduğunu qeyd etdi.