Lənkəran Dövlət Dram Teatrında yeni səhnə əsəri "Gəlinlik paltarı"

14 dekabr 2025


Lənkəran Dövlət Dram Teatrında yeni səhnə əsəri "Gəlinlik paltarı"

Yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Gəlinlik paltarı” əsəri əsasında hazırlanan tamaşanın məşqləri davam edir.

Tamaşanın quruluşçu rejissoru — Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, Dağıstan Respublikasının əməkdar artisti Laləzar xanım Hüseynova.

Quruluşçu rəssam — Fuad Hüseynov.

Rəssam — Sevən Həsənli. Musiqi tərtibatı — Vüqar Fərəcov.

Rejissor köməkçisi — Nuranə Nəcəfova.

“Gəlinlik paltarı” müasir dövrdə qadın azadlığı, mənəvi seçim və cəmiyyətin qadına yüklədiyi ənənəvi rollar mövzusuna həsr olunmuş çoxqatlı dramatik əsərdir. Əsərin mərkəzində azad düşüncəli, müstəqil həyat tərzi sürmək istəyən gənc qadın Fənayənin daxili mübarizəsi dayanır. O, bir tərəfdən var-dövlət, ehtiras və zahiri cazibə ilə seçilən Haris, digər tərəfdən isə mənəvi dəyərləri, vətənpərvərliyi və saf sevgini təmsil edən Fədai arasında çətin seçim qarşısında qalır.

Pyesdə gəlinlik paltarı qadın üçün təkcə ailə simvolu deyil, həm də azadlıqla ənənə arasında qalan taleyin metaforası kimi təqdim olunur. Əsər sevgi, xəyanət, məsuliyyət, mənəvi dəyərlərin aşınması və insanın öz seçimlərinə görə cavabdehliyi kimi problemləri kəskin dramatik situasiyalar vasitəsilə açır. “Gəlinlik paltarı” tamaşaçını zahiri xoşbəxtliklə həqiqi mənəvi xoşbəxtlik arasındakı fərq üzərində düşünməyə vadar edir

Tamaşada rolları: Gülər Kərimova, Ayşən Əsədova (Fənayə), Şəbnəm Hüseynova, Aysel Babazadə (Rahibə), Aynur Əhmədova, Təranə Fərəcova (Zinayə), Allahverən Babayev, Elçin Hacıyev (Qadir), Emil Rzayev, Saleh Əzimzadə (Haris),

Səyad Əliyev, Teymur Hacızadə (Fədai), Aysel Babazadə, Nuranə Nəcəfova (Rufa), Günel Bağırova, Elvin Məmmədov (Pantomim) ifa edirlər.